DONUŞLUQ PROSESLƏRİ

bax: Kriogenez.
DONUŞLUQ
DONUŞLUQ RELYEFİ
OBASTAN VİKİ
Daimi donuşluq
Alkilləşmə prosesləri
Alkilləşmə prosesi — üzvi maddələrin və bəzi qeyri-üzvi maddələrin molekullarına alkil qruplarının daxil edilməsi adlanır. Bu reaksiya çox böyük praktiki əhəmiyyətə malikdir. belə ki, onun əsasında alkilaromatik birləşmələr, izoparafinlər, çoxlu sayda merkaptanlar və sulfidlər, aminlər, element- və metal üzvi birləşmələr və s. alınır. Çox vaxt alkilləşmə prosesi monomerlərin, yuyucu maddələrin istehsalında aralıq mərhələ kimi istifadə olunur. == Təsnifi == Alkilləşmə proseslərini yeni yaranan əlaqələrin növünə görə təsnif etmək daha əlverişlidir: — karbon atomuna görə alkilləşmə; — oksigen və kükürd atomlarına görə alkilləşmə; — azot atomuna görə alkilləşmə; — digər elemetlərin (Si-, Pb-, Al- alkilləşməsi) atomlarına görə alkilləşmə. === Karbon atomuna görə alkilləşmə === Karbon atomuna görə alkilləşmədə karbon atomu ilə əlaqəli olan hidrogen atomu alkil radikalı ilə əvəz olunur: CnH2n+2 + CmH2m → Cn+mH2(n+m+1) ArH+ RCl → ArR + HCl === Oksigen və kükürd atomlarına görə alkilləşmə === Oksigen və kükürd atomlarına görə alkilləşmə zamanı alkil radikalı oksigen və ya kükürd atomu ilə əlaqələnir: ArOH + RCl → ArOR + NaCl + H2O NaSH + RCl → RSH + NaCl === Azot atomuna görə alkilləşmə === Azot atomuna görə alkilləşmə zamanı ammoniakda və ya aminlərdə azot atomu ilə əlaqələnmiş hidrogen atomları alkil qrupları ilə əvəz olunur. bu, aminlərin sintezinin ən əhəmiyyətli metodlarından biridir: ROH + NH3 → RNH2 + H2O === Digər elemetlərin (Si-, Pb-, Al- alkilləşməsi) atomlarına görə alkilləşmə === Si-, Pb-, Al- və digər elementlərə nəzərən alkilləşmə element- və metalüzvi birləşmələrin alınmasının əlverişli yollarından biridir: 2RCl + Si → R2SiCl2 4C2H5Cl + 4PbNa → Pb(C2H5)4 + 4NaCl + 3Pb 3C3H6 + Al + 1.5H2 → Al(C3H7)3 == Alkilləşdirici agent == Alkilləşdirici agent kimi olefinlər və asetilen, xlorlu törəmələr, spirtlər, sadə və mürəkkəb efirlər istifadə edilir.
Atmosfer prosesləri
== Ümumi atmosfer dövranı == Ümumi atmosfer dövranı iqlim yaradan amillərdən biridir. Coxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir. == Atmosfer prosesləri == İlk dəfə olaraq 1896-cı ildə Van –Bebber Avropa sinoptik rayonunda müşahidə olunan sinoptik prorseslərin təsnifatıını vermişdir. Böyük rus alimi B. P. Multanovski və onun tələbələrinin apardıqları tədqiqatlarda irimiqyaslı atmosfer hərəkətlərinin ümumiləşdirilməsinə və tipləşdirilməsinə böyük yer ayırmışlar. Multanovski müəyyən etmişdir ki, tədiqat aparan rayonun bir hissəsində siklon mərkəzlərinin, o biri hissəsində isə antisiklon mərkəzlərinin konsentrasiyası müşahidə edilir. Bu hal adətən 5–7 sutka davam edir. Multanovski by muddəti təbii sinoptik dövr adlandırmışdır.
Eol prosesləri
Eol prosesləri - küləyin fəaliyyətilə əlaqədar olan relyefəmələgəlmə prosesləri. Buraya həm eol denudasiyası (deflyasiya, karroziya) və həm də akkumulyasiya daxildir. Bütün zonaların quru və mötədil rütubətli əyalətlərində baş verir. Eol prosesləri nəticəsində eol relyef formaları və eol çöküntüləri əmələ gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Parafinsizləşdirmə prosesləri
Parafinli xam neftlərin tərkibində çox vaxt mikrokristallik və ya parafinşəkilli mum qatışıqları olur. Bu cür qatışıqları kənar etmək üçün parafinli nefti emal etməzdən əvvəl metiletilketon (MEK) kimi həlledicilərlə təmizləmək tövsiyə olunur. Lakin bu, ümumi bir xarakter daşımır. Həlledici ilə parafinsizləşdirmə üsulu aşağı temperaturlarda (məsələn, aşağı bərkimə temperaturlarında) axıcılığın lazımi həddə alınması məqsədilə xam neftdən deyil, məhz sürtkü yağlarından bərk parafinin təmizlənməsi üçün işlənib hazırlanmışdır. Həlledici ilə parafinsizləşdirmə mexanizmi ya aşağı temperaturda yağ məhlulundan parafinin bərk hissəcik kimi kristallaşdırma yolu ilə ayrılmasını, ya da parafinin ərimə temperaturundan yüksək temperaturda maye kimi selektiv həlledici ilə ekstraksiya yolu ilə ayrılmasını nəzərdə tutur. Lakin birinci mexanizm parafinsizləşdirmənin sənaye proseslərinin əsasını təşkil edir. 1930-cu illərdə iki tip, naftenli və parafinli xammal mühərrik yağlarının alınması üçün istifadə olunurdu. Yağların keyfiyyətinin yaxşılaşdırılması üçün hər iki tip yağ həlledici ilə ekstraksiyaya məruz qoyulurdu, lakin istismar zamanı rast gəlinən yüksək temperaturlarda naften əsaslı yağlar parafin əsaslı yağlar kimi davamlı olmurdu. Bununla belə, aşağı temperaturlarda axıcılığını saxladığı üçün, xüsusilə, soyuq havalarda naften tipli yağlar daha üstün hesab edilirdi. 1938-ci ilə qədər ən yüksək keyfiyyətli sürtkü yağları naften tipli idi və yağın özlülüyündən asılı olaraq, −40 С-dən −7оС-yə qədər (-40оF-dən −20оF-ə qədər) axıcılıq həddinin alınması üçün fenolla emal edilirdi.
Sorbsiya prosesləri
Sorbsiya prosesləri Təbii və nəzəri tədqiqatlar əsasında müəyyənləşdirilmişdir ki,təbii alümosilikatlar əsasinda effektiv sorbentlər hazırlamaq mümkündür və onlar cox baha olan aktiv kömür əvəzinə tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən tənzimlənməsində istifadə oluna bilər. Dispers sistemlər sahəsində effektiv sorbentlərdən istifadə etməklə onların ağır metal ionlarından və zərərli üzvi maddələrdən təmizlənməsinə nail olunmuşdur.Müəyyən edilmişdir ki, monokation formalı sorbentlərdə sorbsiya prosesi daha intensiv gedir və mübadilə kationları sorbentin adsorbsiya aktivliyinə əsaslı təsir göstərir. Neft və qaz quyularının qazılması prosesində işlədilən gil məhlullarının stabilliyi, axıcılıq və tiskotropluğunun quyu divarlarına su vermə qabilliyyətinə, quyu daxili təzyiqin tənzimlənməsini və s. xüsusiyyətlərini təmin edən bir sıra yeni effektiv kimyəvi reagentlər hazırlanmış və sənaye miqyasında sınaqdan keçirilmişdir. Dərin neft quyularının qazılması zamanı quyu dibi temperaturun tədricən artırılmasını nəzərə alaraq 0-200 C0 temperatur intervalında bentonit,kaolinit və seolit əsaslı suspenziyaların stabilləşməsi,onların kolloid kimyəvi və struktur-mexaniki xassələrinin mövcud olan və laboratoriya tərəfindən təklif edilən yeni reagentlər vasitəsilə tənzimlənməsi prosesi tədqiq edilərək kaolinit və seolit əsaslı dispers sistemlərin daha yüksək termostabilliyə malik olması aşkar edilmişdir. Tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsinin optimal şəraiti işlənib hazırlanmışdır. Beləliklə prosesin gedişində kinetik və hidrodinamik amillərin rolu analiz olunmuş və sorbsiya prosesinin dinamik şəraitdə aparılması qanunauyğunluqları işlənib hazırlanmışdır.Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq tullantı sularınin neft məhsulları və kationaktiv boyalardan təmizlənməsinin sorbsiya-koaqulyasiya üsulu işlənib hazirlanmışdır. Müəyyən olunmuşdur ki, tullantı sularının neft məhsulları və kationaktiv boyalardan sorbsiya-koaqulyasiya üsulu ilə təmizlənməsinin effektivliyi onlarin formalaşması şəraitindən və təbiətindən asılıdır. Bu prosesdə istifadə olunan ”Gəncə” flikoaqulyantı asılqan hissəciklərin flokulyasiya və koaqulyasiyasına səbəb olur və onların çökməsini sürətləndirir. Model tullantı sularının neft məhsullarından və kationaktiv boyalardan təmizlənməsinin təcrübi nəticələrinin analiz nəticəsində bir sıra parametrlərin optimal qiymətləri təyin olunmuş və təmizlənmə prosesinin prinsipial sxemi verilmişdir.
Yamac prosesləri
Yamac prosesləri (rus. процессы склоновые, ing. slope processes) — yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yumşaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yerdəyişməsi prosesi.
İnformasiya prosesləri
İnformasiya proseslərinə — informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. İnformasiyanın ötürülməsi — toplanan informasiyanın emal edilməsi üçün emal vasitələri ilə ötürülməni nəzərdə tutur. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir. İnformasiyanın saxlanması — informasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanılmasını nəzərdə tutur. İnformasiya daşıyıcısı kimi kağızdan, köhnə kompüterlərdə perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
Moskva prosesləri
Moskva prosesləri (rus. Московские процессы) — 1936–1938-ci illərdə Moskvada 1920-ci illərdə trotskist və ya sağçı müxalifətlə əlaqəli olan keçmiş Sov.İKP yüksək vəzifəli şəxsləri üzərində keçirilən üç açıq məhkəmə prosesinin ümumi adı. "Moskva prosesləri" adı əvvəlcə xaricdə qəbul edilmiş, lakin sonradan Rusiyada geniş yayılmışdır Moskva prosesləri bir çox müttəhimin edamına səbəb olmuşdur. Bu proses ümumiyyətlə Stalinin "Böyük təmizləmə"sinin bir hissəsi, partiyanı indiki və ya əvvəlki müxalifətdən, o cümlədən Rusiya inqilabı zamanı və ya ondan əvvəlki dövrlərdə formalaşmış, Stalinin iqtisadiyyatı düzgün idarə etməməsi nəticəsində sovet xalqında artan narazılıq səbəbindən ön plana çıxmış trotskistlər və aparıcı bolşevik kadr üzvlərindən təmizləmək üçün həyata keçirilən kampaniya kimi qəbul edilir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə olunan müttəhimlər Stalini və digər sovet liderlərini qətlə yetirmək, SSRİ-ni dağıtmaq və kapitalizmi bərpa etmək, iqtisadiyyatın müxtəlif sahələrində təxribat təşkil etmək üçün Qərb kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunurdular. Moskvada qondarma “Trotski-Zinovyev terror mərkəzi”nin 16 üzvünün ilk məhkəməsi 1936-cı ilin avqustunda baş tutdu. Əsas müttəhimlər Zinovyev və Kamenev idi. Digər ittihamlarla yanaşı, onlar Kirovun qətlində və Stalinə sui-qəsddə ittiham olunurdular. 1937-ci ilin yanvarında ikinci məhkəmə ("Paralel antisovet Trotskist Mərkəzi" işi) Karl Radek, Yuri Pyatakov və Qriqori Sokolnikov kimi 17 az əhəmiyyətli funksioner üzərində baş tutdu. 13 nəfər güllələndi, qalanları uzun müddətə azadlıqdan məhrum edildilər.
Neft-Kimya Prosesləri İnstitutu
Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması. İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi. Neft sənayesinin 1920-ci ildə milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində mərkəzləşdirilmiş böyük elmi-tədqiqat laboratoriyası – mərkəzi kimya laboratoriyası (MKL) yaradıldı. MKL-nin ilk yaradıcılarından biri professor L. Q. Qurviç olmuşdurş. MKL-nin elmi və təşkilatı fəaliyyəti 1928-ci ildə Moskva şəhərində keçirilən mühüm konfranslarda yüksək qiymətləndirilmiş və 1929-cu ildə MKL-in, Şmidt adına zavodun təcrübə stansiyasının, nefthidravlik laboratoriyasının, neft geologiyası tədqiqat laboratoriyasının, enerji bürosunun birləşdirilməsi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AETNİ) yaradılmışdır. Bu instituta 1930-cu ildə V. V. Kuybişevin adı verilmişdir. Bu institutun tərkibində böyük neft emalı şöbəsi yaradılmışdır. 1930–1945-ci illər ərzində burada neft emalı, neft çıxarma, neft kimyası üzrə əsas elmi tədqiqat işləri aparılmışdır. Bu illər ərzində termiki-krekinq qurğuları, yüksək məhsuldarlığa malik digər qurğular, yağtəmizləmə zavodları və s.
AMEA Neft-Kimya Prosesləri İnstitutu
Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. == Fəaliyyət istiqamətləri == Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması. İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi. == Tarixi == Neft sənayesinin 1920-ci ildə milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində mərkəzləşdirilmiş böyük elmi-tədqiqat laboratoriyası – mərkəzi kimya laboratoriyası (MKL) yaradıldı. MKL-nin ilk yaradıcılarından biri professor L. Q. Qurviç olmuşdurş. MKL-nin elmi və təşkilatı fəaliyyəti 1928-ci ildə Moskva şəhərində keçirilən mühüm konfranslarda yüksək qiymətləndirilmiş və 1929-cu ildə MKL-in, Şmidt adına zavodun təcrübə stansiyasının, nefthidravlik laboratoriyasının, neft geologiyası tədqiqat laboratoriyasının, enerji bürosunun birləşdirilməsi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AETNİ) yaradılmışdır. Bu instituta 1930-cu ildə V. V. Kuybişevin adı verilmişdir. Bu institutun tərkibində böyük neft emalı şöbəsi yaradılmışdır. 1930–1945-ci illər ərzində burada neft emalı, neft çıxarma, neft kimyası üzrə əsas elmi tədqiqat işləri aparılmışdır. Bu illər ərzində termiki-krekinq qurğuları, yüksək məhsuldarlığa malik digər qurğular, yağtəmizləmə zavodları və s.
Neft-Kimya Prosesləri İnstitutu (Azərbaycan)
Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması. İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi. Neft sənayesinin 1920-ci ildə milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində mərkəzləşdirilmiş böyük elmi-tədqiqat laboratoriyası – mərkəzi kimya laboratoriyası (MKL) yaradıldı. MKL-nin ilk yaradıcılarından biri professor L. Q. Qurviç olmuşdurş. MKL-nin elmi və təşkilatı fəaliyyəti 1928-ci ildə Moskva şəhərində keçirilən mühüm konfranslarda yüksək qiymətləndirilmiş və 1929-cu ildə MKL-in, Şmidt adına zavodun təcrübə stansiyasının, nefthidravlik laboratoriyasının, neft geologiyası tədqiqat laboratoriyasının, enerji bürosunun birləşdirilməsi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AETNİ) yaradılmışdır. Bu instituta 1930-cu ildə V. V. Kuybişevin adı verilmişdir. Bu institutun tərkibində böyük neft emalı şöbəsi yaradılmışdır. 1930–1945-ci illər ərzində burada neft emalı, neft çıxarma, neft kimyası üzrə əsas elmi tədqiqat işləri aparılmışdır. Bu illər ərzində termiki-krekinq qurğuları, yüksək məhsuldarlığa malik digər qurğular, yağtəmizləmə zavodları və s.
Neft kimyası və neft emalı prosesləri (jurnal)
Neft kimyası və neft emalı prosesləri — Azərbaycan Milli Elmlər Akademiyası akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun jurnalı. Jurnalda neft kimyası tarixi, neft emalında yaranan müxtəlif problemlərin həlli yolları, elmi-tədqiqatların nəticələri nəşr olunur. Lisenziya seriyası AB № 022696 Qeydiyyat nömrəsi 496, 09.02.2000 p-ISSN 1726-4685 e-İSSN 2519-2876 2011-ci ildən Inspec bazasına daxil edilmişdir 2016-cı ildən "Web of science" bazasına daxil edilmişdir 2017-ci ilin sentyabr ayından “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazasında yerləşdirilib. Hər il dörd say olmaqla geniş oxucu kütləsinin ixtiyarına verilən bu jurnal 2000-ci ilin fevral ayından nəşr olunur. Jurnalda əsasən neft kimyası və neft emalı ilə bağlı mühüm məsələlər, eləcə də üzvi kimya, yüksək molekullu birləşmələr, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi prosesləri və aparatı, neft emalı və neftayırma sənayesi problemlərinin iqtisadiyyatı, neft emalı və neftayırma proseslərinin optimallaşdırılması, neft kimyasının və neft emalının ekoloji problemləri ilə bağlı məsələlər öz əksini tapır. Jurnalın bu sayında kimyəvi kinetika və kataliz, neft kimyası, neft emalı və bunların ekoloji problemləri ilə bağlı məqalələr öz əksini tapmışdır. Vaqif Abbasov – (baş redaktor) Oleq Sinyaşin - (baş redaktorun müavini) Musa Rüstəmov - (baş redaktorun müavini) Vaqif Fərzəliyev – (baş redaktorun müavini) Leylufər Əliyeva – (məsul katib) Nabil N.Eldin Abdellah Rövnəq Abdullayev Elşad Abdullayev Ahmed M.Al-Sabagh Elmar Abdullayev Vaqif Əhmədov Hafiz Əlimərdanov İsmayıl Əliyev Mehmet Hakki Alma Ziyafəddin Əsədov Ramil Baxtizin Vladimir Ciçiashvili Ahmed M.El-Saghier Arif Həsənov Dmitriy Grishin Asgat Gumerov Mahammad Haqiqi Hikmət İbrahimov Minavər İbrahimova Etibar İsmayılov Sakit Rəsulov Vladimir Kapustin Beykəs Xıdırov Valeriy Lunin Anton Maksimov Vahid Mammadov Eldar Məmmədbəyli David Məmmədov Məhərrəm Məmmədyarov Abel Məhərrəmov Shaaban K.Mohamed Soltan Mohammadzadeh J.S. Nazim Z.Muradov Camal Musayev Tofiq Nağiyev Füzuli Nəsirov Dilqəm Tağıyev Nurseli Uyanik Kərim Zare Kompüter tərtibatı F.Ə.Gərayeva X.Ə.Cavadova Korrektor L.P. Zyablova Tərcüməçi D.R.Nurullayeva Neft kimyası Neft emalı Üzvi kimya Yüksəkmolekullu birləşmələr Kimyəvi kinetika və kataliz Kimya texnologiya prosesləri və aparatları Ximmotologiya Neft emalı və neft kimyası sənayeləri iqtisadiyyatı Neft emalı və neft kimyası proseslərinin optimallaşdırılması Neft kimyası və neft emalının ekoloji problemləri Qısa məlumat 1. Ümumi əsaslar 1.1. Jurnal müəlliflərin vətəndaşlığı və yaşadığı yerdən asılı olmayaraq neft kimya və neft emalı üzrə aktual problemlərinə aid olan işləri çap etdirir. Jurnalda çap etdirmək üçün orijinal tədqiqatların nəticələri göstərən məqalə formasında, qısa məlumat və redaktora məktub şəklində olan materiallar, o cümlədən analitik icmallar və informasiya təqdim edilə bilər.
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat təşkilatı. == Tarixi == AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır. AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir. AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 №-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye Zavodunun respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir. == Fəaliyyət istiqamətləri == Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni innovasiyalı texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, və bu texnoloji proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışıdır. AMEA İnstitutları və Azərbaycanın digər elm və təhsil müəssisələrindən daxil olmuş sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işlərinin aparılması, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalının və satışının təşkilidir. == Elmi nəticələr == Azərbaycan və MDB-nin 20-dən çox elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurulmuş, əməkdaşlıq müqavilələri bağlanmış, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılmış, onlarla yeni texnologiyalar təcrübə-sənaye miqyasında mənimsənilərək Respublikanın iri sənaye müəssisələrində tətbiq olunmuşdur. Elmi nəticələr barədə çoxlu sayda elmi məqalələr yazılmış və patentlər alınmışdır. Zavodda elmi-təcrübə işləri ilə yanaşı Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük təlabat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri zavodda mövcuddur.
Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu